Tərtib qaydaları

Məqalələrdə tədqiqat probleminin aktuallığı əsaslandırılmalı, müəllif tərəfindən aparılmış elmi araşdırmanın nəticələri əks etdirilməli və əldə olunan nəticələrin tətbiqi ilə bağlı konkret təkliflər irəli sürülməlidir. Məqalələrin seçimində yaradıcılıq qabiliyyəti, elmi yenilik və əsaslandırılmış ideyalar üstünlük təşkil edir.

Məqalələrin tərtibatına dair tələblər:

Məqalələr Azərbaycan, türk və ingilis dillərində qəbul edilir.

Məqalələr tədqiqat metodlarına əsaslanmalı, aktual elmi problemləri əhatə etməli və əvvəllər nəşr olunmamış olmalıdır.

Məqalələr “.doc” və ya “.docx” formatında hazırlanmalı, səhifə parametrləri aşağıdakı kimi tənzimlənməlidir: sol, sağ, yuxarı və aşağı – 2,0 sm.

Məqalənin həcmi (əlavələr istisna olmaqla) 8–15 səhifə arasında olmalı və aşağıdakı struktur elementləri əhatə etməlidir:

  • xülasə (abstract)
  • açar sözlər (keywords)
  • giriş (introduction)
  • ədəbiyyat icmalı / nəzəri çərçivə (literature review / theoretical framework)
  • metodologiya (methodology)
  • nəticələr (results)
  • müzakirə və təkliflər (discussion and recommendations)
  • istifadə olunmuş ədəbiyyat (references)

Məqaləyə xülasə əlavə olunmalıdır. Azərbaycan dilində hazırlanmış məqalələr üçün xülasə ingilis dilində, ingilis və türk dilində hazırlanmış məqalələr üçün isə xülasə Azərbaycan dilində təqdim edilməlidir.

Konfransa yalnız xülasə təqdim edildiyi hallarda xülasədə mövzunun adı, müəllifin adı və soyadı, aid olduğu qurum (affiliation), xülasə mətni və açar sözlər göstərilməlidir. Xülasənin həcmi 250–500 söz arasında olmalıdır.

Məqalənin və ya tezisin başlığı qısa, aydın və informativ olmalı, maksimum 10-12 sözdən ibarət olmalıdır. Başlıq Times New Roman şriftində, 14 pt ölçüdə, qalın (bold), böyük hərflərlə və mərkəzdən düzləndirilmiş formada yazılmalıdır.

Başlığın altında müəllifin (və ya müəlliflərin) adı və soyadı, mənsub olduğu qurum (affiliation), ORCID identifikatoru və korporativ elektron poçt ünvanı göstərilməlidir.

Məqalədəki xülasə (abstrakt) 150 sözdən çox olmamalı, Times New Roman şriftində, 10 pt ölçüdə, 1,15 sətiraralığı ilə və iki yana düzləndirilmiş (justified) formada təqdim edilməlidir.

Məqalənin əsas mətni Times New Roman, 12 pt şriftlə, 1,15 sətiraralığı ilə, iki yana düzləndirilmiş (justified) formada tərtib edilməli, paraqraf aralıqları 0 pt olmalıdır.

Cədvəl, şəkil və qrafiklər nömrələnməli, başlıqları qısa və informativ olmalı, Times New Roman 10 pt şriftlə verilməlidir. Hər bir vizual element mətn daxilində müvafiq şəkildə istinad olunmalıdır (məs., “Cədvəl 1”, “Şəkil 2”).

Məqalədə istinadlar və ədəbiyyat siyahısı APA (7-ci nəşr) standartına uyğun tərtib olunmalıdır.

  • Mətn daxilində istinadlar müəllifin soyadı və nəşr ili ilə göstərilir (Müəllif, il);
  • Bütün istinadlar ədəbiyyat siyahısında tam şəkildə əks olunmalıdır;
  • İstinad verilməyən mənbələr ədəbiyyat siyahısına daxil edilməməlidir;
  • ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib olunmalıdır.

Məqalədə istifadə olunmuş elmi ədəbiyyata istinadlar və mənbələr aşağıdakı qaydada göstərilməlidir:

İstinadların verilməsinə dair nümunələr:

  • Tək müəllifli mənbələrə istinad zamanı: (Məmmədov, 2007), (Pretty, 1994);
  • İki müəllifli mənbələrə istinad zamanı: (Əliyev və Osmanov, 2014), (Krugman & Stiglitz, 2010);
  • Üç və daha çox müəllifli mənbələrə istinad zamanı: (Babayev və b., 2006; Kernis et al., 1993);
  • Əgər istinad olunan mənbə təşkilat və ya dövlət qurumuna məxsusdursa, ilk istinadda tam adı göstərilir, sonrakı istinadlarda isə geniş tanınan hallarda qısaldılmış formadan istifadə edilə bilər:
    • ilk istinad: (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2014);
    • sonrakı istinad: (ARDSK, 2014);
  • Mətn daxilində eyni anda bir neçə mənbəyə istinad verildikdə, onlar əlifba sırası ilə düzülməli və nöqtəli vergül (;) ilə ayrılmalıdır:
    (Akar, 2010; Çalışkan, 2008; Dinçer və Kolaşin, 2009; Engin və Demir, 2009; Tunç, 2007).
İstifadə olunmuş ədəbiyyat siyahısının tərtibinə dair nümunələr (APA üslubunda):
  • Jurnal məqaləsi:
    Bandura, A. (1977). Self-efficacy: Toward a unifying theory of behavioral change. Psychological Review, 84(2), 191–215.
  • Kitab:
    Krugman, P. R. (2009). The return of depression economics and the crisis of 2008. W. W. Norton & Company.
  • Rəsmi hesabat:
    World Health Organization. (2020). Global health estimates 2019. WHO.
  • Konfrans materialı:
    LeCun, Y., Bengio, Y., & Hinton, G. (2015). Deep learning. In Proceedings of the IEEE Conference on Artificial Intelligence (pp. 436–444).
  • Dərslik:
    Çengel, Y. A., & Boles, M. A. (2015). Thermodynamics: An engineering approach (8th ed.). McGraw-Hill.

 

Plagiat

Təqdim olunan bütün məqalə və tezislər plagiat yoxlanışından keçirilir.

Ümumi oxşarlıq göstəricisi 15 %-dən artıq olan və ya akademik etikaya zidd hallar aşkar edilən məqalələr qəbul edilmir.