18-19 iyun 2026 tarixlərində Naxçıvan Dövlət Universiteti tərəfindən üz-üzə keçiriləecek “Qərbi Azərbaycana Qayıdış” mövzusundakı Beynəlxalq Konqresdə iştirakınızdan məmnun olarıq. Düşüncələrin bir olması, elmi yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını şərqin qapısı – Naxçıvana dəvət edirik.
Etik prinsiplər və orijinal tədqiqatların yer alacağı konqresimizdə təqdim olunan məqalə və tezislər elmi rəyçilər tərəfindən həssaslıqla incələnəcək və sonda konqres kitabında (proceedings) nəşr olunacaqdır. Konqresimizə dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.